Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiyaya səfər edənlər COVID-19-un olmaması ilə bağlı arayış almalı olacaq

Serbiyaya səfər edənlər COVID-19-un olmaması ilə bağlı arayış almalı olacaq

Tarix: 20 Dekabr 2020 04:48

Bakı. Trend:

20 dekabrdan etibarən xarici vətəndaşlar Serbiyaya yalnız COVID-19 xəstəliyin olmaması haqqında arayış ilə gedə biləcəklər.

Trend-in məlumatına görə, bu barədə "Blic" qəzeti bildirib.

Məlumatda deyilir: "Koronavirusla mübarizə üzrə böhran qərargahının qərarına görə, 20 dekabr tarixindən etibarən xarici vətəndaşlar ölkəyə yalnız səfərdən 48 saatdan tez olmadan verilən PCR testin neqativ nəticəsi ilə daxil ola bilərlər".

Qəzetdə qeyd edilib ki, Serbiyada restoran, kafe və barlar, eləcə də spa mərkəzləri, idman zalları və hovuzlar yalnız iş günləri saat 17:00-a qədər açıqdır.


Etiketlər:  Serbiyaya səfər edənlər COVID olmaması ilə bağlı arayış almalı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ