Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə COVID-19-a qarşı peyvəndləməyə fevralda başlamağı planlaşdırır

Bu ölkədə COVID-19-a qarşı peyvəndləməyə fevralda başlamağı planlaşdırır

Tarix: 20 Dekabr 2020 08:50

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi yerli administrasiyalara COVID-19-a qarşı peyvəndləmə proqramının hazırlanması və tibb işçilərinin fevralda peyvəndləri almağa başlaması barədə qərar göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, nazirliyin nümayəndələri peyvəndləmə haqda plan layihəsini bütün ölkə üzrə prefekturaların administrasiyalarına və bələdiyyələrə dekabrın 18-də təqdim edib.

Layihədə qeyd edilir ki, təqribən 10 min səhiyyə mütəxəssisinin peyvəndlənməsinə başlamaq üçün sistemin yaradılması təqribən fevralın sonlarında başa çatdırılmalıdır. Sayı təqribən 3 milyona çatan digər səhiyyə işçilərinin peyvəndlənməsinə isə martın ortalarında başlamaq nəzərdə tutulur.

Nazirlik, həmçinin ölkə üzrə yaşlı insanların peyvəndlənməsinə martın ortalarında başlamağı planlaşdırır.

Ölkənin qalan vətəndaşlarının peyvəndlənməsi üçün imkanın apreldə və ya daha gec yaradılacağı gözlənilir. Bu zaman bir sıra xəstəlikləri olan şəxslərə üstünlük veriləcəyi bildirilir.


Etiketlər:  ölkədə COVID qarşı peyvəndləməyə fevralda başlamağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ