Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 14:39
Bakı. Trend:
Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Trend-in məlumatına görə, hadisədən sonra xəsarət alan daha üç nəfər müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.
Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca hadisə baş verən xəstəxanada olub.