Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”nın istədiyi futbolçunun qiyməti 5 dəfə düşüb

“Barselona”nın istədiyi futbolçunun qiyməti 5 dəfə düşüb

Tarix: 20 Dekabr 2020 16:08

Fransanın "Lion" klubu hücumçusu Memfis Depayı transferə çıxarıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Niderland millisinin üzvünün hətta qiyməti də müəyyənləşib.

Liqa1 təmsilçisi onu qış fasiləsində 5 milyon avroya satmağa hazırdır. Halbuki mövsümün əvvəlində "Lion" Depayın gedişi müqabilində İspaniya klubu "Barselona"dan 25 milyon avro tələb etmişdi. Kataloniyalılarla şəxsi razılığa gələn 26 yaşlı oyunçunun yanvarda İspaniyaya köçməsi gözlənilir.

Qeyd edək ki, Memfis Depay bu mövsüm 16 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun "Lion"la müqavilə müddəti 2021-ci ilin iyununa qədərdir.

Milli.Az


Etiketlər:  Barselonanın istədiyi futbolçunun qiyməti dəfə düşüb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ