Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 2 961 nəfər COVID-19-a yoluxub, 4 317 nəfər sağalıb, 35 nəfər vəfat edib

Azərbaycanda 2 961 nəfər COVID-19-a yoluxub, 4 317 nəfər sağalıb, 35 nəfər vəfat edib

Tarix: 20 Dekabr 2020 16:39

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 202 min 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 139 min 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 099 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 63 min 754 test aparılıb. Bugünkü test sayı isə 14 515-dir.


Etiketlər:  Azərbaycanda nəfər COVID yoluxub nəfər sağalıb nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ