Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda döyüşən onlarla erməni silahlısı Suriyada dəfn edildi

Qarabağda döyüşən onlarla erməni silahlısı Suriyada dəfn edildi

Tarix: 20 Dekabr 2020 17:36

Azərbaycanın işğal olunmuş ərazilərində döyüşən və silahlı qüvvələrimiz tərəfindən məhv edilən Hələbdən olan erməni silahlıları Suriyada dəfn edilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazır.

Qəzetin yazdığına görə, Qarabağda öldürülən 30-a yaxın erməni yaraqlısının cənazəsi təyyarə ilə Yerevandan Latakiyada yerləşən Xmeymim hava bazasına çatdırılıb. Onlar son həftələrdə Süleymaniyyə və Əziziyyə bölgələrində dəfn ediliblər.

Bu muzdluların Qarabağ müharibəsində iştirak etdiklərinə görə aylıq 1500 dollar maaş aldıqları və Ermənistan rəhbərliyi tərəfindən hər cür vəd verildiyi də bildirilir. Əsəd rejimi Qarabağda öldürülən silahlıların ailələrinə təzminat ödəməyi öz üzərinə götürüb. 30-dan çox ailə 200 min Suriya funtu (~ 159 dollar) məbləğində təzminat alıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Qarabağda döyüşən onlarla erməni silahlısı Suriyada dəfn edildi


RƏYLƏR