Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 20:00
Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu öyrənilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Boris Conson, yoluxmada artımın mutasiyaya uğramış koronavirusun yeni növü ilə əlaqəli olduğunu söyləyib. O bildirib ki, aşkar edilən yeni növ virus köhnədən 70 faizə qədər daha yoluxucudur.
Baş nazir paytaxt London, şərq və cənub-şərqdə virusa yoluxmada artım baş verməsi səbəbindən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.
İndiyədək ölkədə tətbiq olunan üç səviyyəli regional tədbirlər sisteminə dördüncü bir səviyyə əlavə edilib. Dekabrın 20-dən etibarən qüvvəyə minəcək tədbirlər çərçivəsində, qida satışı olmayan bütün mağazalar və idman yerlərinin bağlanması nəzərdə tutulur.