Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək

Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək

Tarix: 21 Dekabr 2020 06:28

Bakı. Trend:

Böyük Britaniya hökumətinin "Cobra" Fövqəladə Komitəsi koronavirusun yeni mutasiyasının aşkarlanması səbəbilə bir sıra ölkənin krallıqla hava əlaqəsini dayandırması ilə əlaqədar fövqəladə iclas keçirəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti rəhbərinin nümayəndəsi qeyd edib ki, iclasa baş nazir Boris Conson rəhbərlik edəcək.

B.Consonun nümayəndəsi bildirib: "Baş nazir sabah beynəlxalq nəqliyyat məsələlərinin, xüsusən Böyük Britaniyaya davamlı yük daşınmasının müzakirə olunacağı iclasa rəhbərlik edəcək".

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.


Etiketlər:  Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək


RƏYLƏR