Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 07:15
Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur.
Sonxeber.net cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropun reseptini təqdim edir.
Lazımdır:
Kök - 500 qr
Bal - 4 xörək qaşığı
Su - 3 st
Kökü təmizləyib, orta kub formasında doğrayıb, qazanda üzərində 3 stəkan su alaraq, orta odda bişirin. Elə isti-isti əzib, qatı püre halına salın. Bura təmiz bal əlavə edib, qarışdırın. Şüşə bankaya yığıb, sərin yerdə saxlaya bilərsiz.
Hər gün 2 dəfə hər dəfə 2-3 xörək qaşığı qəbul edin.
Qeyd edək ki, bu resepti tərkibində bal olduğu üçün koronavirusun aktiv dövründə istifadə etmək olmaz. /medicina.az