Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 10:00
Bakı. Samir Əli - Trend:
Ermənilər Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsini dağıdıb.
Trend-in məlumatına görə, 70-ci illərdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Molla Pənaf Vaqifin məzarı üstündə inşasına başlanan məqbərənin tikintisi 1982-ci ildə başa çatdırılıb.
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Şuşanın işğalından sonra ermənilər tərəfindən acınacaqlı vəziyyət salınıb. Kompleksin divarları, üzlük daşları sökülüb.