Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Britaniyaya uçuşları dayandırıb

İran Britaniyaya uçuşları dayandırıb

Tarix: 21 Dekabr 2020 11:32

Bakı. Elnur Bağışov - Trend:

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin qərarı ilə İrandan Böyük Britaniya istiqamətində uçuşlar 2 həftə müddətinə dayandırılıb.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.

Ş.Adəmnejadın sözlərinə görə, səbəb Böyük Britaniyada mutasiyaya uğramış koronavirusun aşkarlanmasıdır.

O, əlavə edib ki, məqsəd vətəndaşların sağlamlığının qorunması və xəstəliyin ölkəyə gəlməməsidir.


Etiketlər:  İran Britaniyaya uçuşları dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ