Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əkbər İsmayılova yeni böyük köməkçi təyin edildi

Əkbər İsmayılova yeni böyük köməkçi təyin edildi

Tarix: 21 Dekabr 2020 12:30

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovun yeni böyük köməkçisi təyin edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin rəisi, polis polkovnik-leytenantı Taleh Ağalı vəzifəsindən azad edilərək Bakı BPİ rəisinin Şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin olunub. 

Bakı polisi rəisinin əvvəlki böyük köməkçisi, polis polkovniki Əli Vəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, noyabrın 27-də Gəncə BPİ-nin rəisi, polis pokovniki Əkbər İsmayılov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad edilərək Bakı BPİ-yə rəis təyin edilib.


Etiketlər:  Əkbər İsmayılova yeni böyük köməkçi təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ