Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 13:12
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üçün ayrılan vəsaitin məbləği məlum olub.
Trend-in məlumatına görə, gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üçün 3 692 746 545,0 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Sosial müdafiə üçün 289 724 358,0 manat, sosial təminat üçün 4 818 974,0 manat, sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar üçün 60 000,0, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün 3 398 143 213,0 manat, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait isə 1 631 530 950,0 manat təşkil edəcək.