Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 13:32
Paşinyanın yaxın dostu, "Antares" nəşriyyatının direktoru Armen Martirosyan sosial şəbəkədə ermənilərin son onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etməsi haqda bir yazı yazıb.
"26 il əvvəl başqa bir ölkənin ərazisinə girdik, idarə etdik, evlər tikdik, mədənləri istifadə etdik, indi ərazinin sahibi "gedin", biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Və bu sizin səviyyənizdir? Mən iş masamı evinizdə qoysam, bəyənəcəksinizmi?"
Martirosyan bunu yazandan sonra ünvanına ermənilərin söyüşləri, təhqirləri və təhdidləri başlayıb. Nəticədə, o "Antares"in şəxsi səhifəsini və "Facebook"dakı iş səhifəsini deaktiv etməli olub.
Qeyd edək ki, ağlı başında olan və həqiqəti söyləyən ermənilərin son illərdə icad etdiyi bütün saxtakarlıqlara kor-koranə inanmağa başlayan və gerçəkliklə üzləşməli olduqları zaman ürəkdən qəzəblənən həmvətənlərinin hədəfinə çevrilməsi ilk dəfə deyil. Martirosyanın yazısının skrinşotunu yayımlayan "BUÇA" telegram kanalı, insanları onunla görüşüb məhv etməyə çağırış edib. Kanalın çağırışı Rusiyada olan və Rusiya vətəndaşı olan təxribatçı Semyon Peqovun "sahibi" Aram Qabrelyanov tərəfindən də dəstəklənib.
Azərbaycanın qələbəsindən sonra Aram sakit otura bilmir - azərbaycanlılara qarşı nifrət hislərini artırmağa çalışır və erməniləri Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti devirməyə çağırır.
Qeyd edək ki, İqor Korotçenko Rusiya Baş Prokurorluğuna və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Qabrelyanovun dağıdıcı davranışı ilə əlaqədar tədbir görülməsi üçün ərizə yazıb.
Aslan Məmmədov