Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 16:38
Böyük Britaniyanın paytaxtı London şəhərində pandemiya əleyhinə tədbirlərlə bağlı etiraz aksiyası keçirilib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki,aksiyaçıların əsas tələbi koronavirusa qarşı tədbirlərin yumşaldılması olub.
Aksiya daha sonra yürüşə çevrilib. Parlament binası önündən Trafalqar Meydanına doğru yön alan kütlə polislə qarşılaşıb. Təhlükəsizlik qüvvələri aksiyanı dağıdıb. Qarşıdurma nəticəsində 27 etirazçı həbs olunub.