Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Təyyarın oğlu məni yamsılayır''

''Təyyarın oğlu məni yamsılayır''

Tarix: 21 Dekabr 2020 18:10

"Neçə ildir sənətdəyəm, heç kimi qısqanmamışam. Mənə neçə dəfə mahnımı oxumaqla bağlı müraciət edilibsə, demişəm olar. Amma o demək deyil ki, məni təkrarlayasan. Mənim ifamdançox önəmli yerlərdə istifadə edilib. Bu səs əvəzolunmazdır, onu ikiləməyə heç kimin ixtiyarı yoxdur".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Elgizlə izlə" proqramında deyib. Sənətçi Əməkdar artist Təyyar Bayramovun oğlu Kənanın onun məşhur "Bayatı şiraz"ını oxumasından danışıb:

"Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil. Səsimdə çalarlar var ki, muncuq kimi düzmüşəm. İndi səslərin başına oyun gətirirlər: təmizləyirlər, nələr edirlər".


Etiketlər:  Təyyarın oğlu məni yamsılayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ