Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda maşın beton dirəyə çırpılıb, 2 nəfər ölüb

Ucarda maşın beton dirəyə çırpılıb, 2 nəfər ölüb

Tarix: 21 Dekabr 2020 20:03

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Alpı kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton dirəyə çırpılması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Ucarda maşın beton dirəyə çırpılıb 2 nəfər ölüb


RƏYLƏR