Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq''

''Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq''

Tarix: 22 Dekabr 2020 13:18

9 noyabr bəyanatı 1 səhifədə 9 bənddən ibarət idi. İctimaiyyət daha çox sənəddə Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsindən narahat idi.

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, şərtləri qalib tərəfin diktə etdiyini nəzərə alın:

"Bundan başqa ictimaiyyətimiz Qarabağ ərazisində olan monastır komplekslərinin, Söyüdlü qızıl yatağının Azərbaycana qaytarılmaması barədə narahatlıqlarını ifadə edirdilər. Həmin sənəddə indi bərpa edilməklə Qafan aeroportuna, Zəngəzur Mis-Molibden zavoduna, Davud Bəy kəndinə, Vorotan SES-ə qədər gedib çıxan sərhdlərimizin də adı çəkilmirdi.

Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndinin, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də adına o sənəddə rast gəlinmir. Lakin qısa zamanda o ərazilər də tam qaytarılacaq. Bu mütləqdir. Şərtləri qalib tərəfin diktə etdiyini və 97 illik problemlərin 1 səhifəlik bəyanatla həllinin mümkün olmadığını nəzərə alın. Qalib millət olmağı bacarmalıyıq. Başqa yolumuz da yoxdur".

Təhməz Əsədov


Etiketlər:  Qazaxın Naxçıvanın kəndi tezliklə Azərbaycana qaytarılacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ