Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp federal hökumətin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı qərarı imzaladı

Tramp federal hökumətin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı qərarı imzaladı

Tarix: 22 Dekabr 2020 14:26

ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı qərarı imzalayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Jude Deere "Twitter"də bildirib.
 
O qeyd edib ki, prezidentin qərarı ilə federal qurumlara maliyyə ödənişləri dekabrın 28-dək uzadılıb.
 
Qeyd edək ki, ABŞ-da dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsinə dair əvvəlki qərarın müddəti 22 dekabrda başa çatıb. Əgər yeni qərar qəbul edilməsəydi, ölkə hökumətin işinin bir daha dayandırması riski ilə üzləşəcəkdi. Sonuncu dəfə belə hadisə 2018-ci ilin dekabrın 22-də baş verib, nəticədə dövlət qulluqçuları 35 gün müddətinə məcburi məzuniyyətə gediblər.


Etiketlər:  Tramp federal hökumətin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı qərarı imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ