Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin vitse-prezidentinin çıxış zamanı halı pisləşdi - VİDEO

Türkiyənin vitse-prezidentinin çıxış zamanı halı pisləşdi - VİDEO

Tarix: 22 Dekabr 2020 16:28

Türkiyənin vitse-prezidenti Fuat Oktay efirdə özünü pis hiss edib.

Milli.Az REN-TV-yə istinadən xəbər verir ki, siyasətçi kibertəhlükəsizliklə bağlı bir konfransda çıxış edib.

O, bir anda özünü pis hiss edib. İnternetdə yayımlanan görüntülərdə yıxılmamaq üçün əllərini kürsüyə tutduğu göstərilir. Xoşbəxtlikdən həkimlər vaxtında F.Oktaya kömək etmək üçün gəliblər.

Mütəxəssislər vitse-prezidentə yerində kömək ediblər. Xəstəxanaya yerləşdirmə tələb olunmurdu. Siyasətçinin qan təzyiqi düşüb.

F.Oktay özünü yaxşı hiss etdikdən sonra tribunaya qayıdıb çıxışına davam edib. Siyasətçi yuxu çatışmazlığının və ümumi yorğunluğun xəstəliyin səbəbi ola biləcəyini qeyd edib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Türkiyənin vitse prezidentinin çıxış zamanı halı pisləşdi VİDEO


RƏYLƏR