Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST yeni koronavirus ştammı haqqında məlumatları şərh edib

ÜST yeni koronavirus ştammı haqqında məlumatları şərh edib

Tarix: 23 Dekabr 2020 00:34

ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatında koronavirusun yeni variantının ölüm halına təsiri barədə heç bir sübut yoxdur.

"Bunun patogenlik, ağır xəstələnmə və ölüm dərəcəsinə təsir etdiyini söyləmək üçün indi heç bir sübut, kifayət qədər məlumat yoxdur". Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Vuynoviç "Rossiya 24" telekanalının efirində deyib.

Mutasiya dekabrın ortalarında aşkar edilib. İngiltərə Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin həmişəkindən daha tez yayıldığını bildirib. Yeni növ koronavirusa Londonda yoluxanların sayı daha çoxdur. İngiltərə Baş naziri Boris Conson bu ştammın əvvəlki növdən 70 faiz daha yoluxucu olduğunu bildirib.

Bir çox ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmağa və ya məhdudlaşdırmağa qərar verib.

ÜST, yeni koronavirus ştammının Hollandiya və Avstraliyada aşkar edildiyini də bildirib.


Etiketlər:  ÜST yeni koronavirus ştammı haqqında məlumatları şərh edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ