Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 07:22
Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 116,4 faizinə və ya 2 trilyon 674,3 milyard avroya çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat yayıb.
Bildirilir ki, cari ilin 3-cü rübündən etibarən dövlət və sosial təminat idarələrinin xəzinəsində artımdan sonra dövlət borcunun artmasında ləngimə qeydə alınıb.
Dövlət borcu iyul-sentyabr aylarında 36,1 milyard avro artıb, halbuki 2020-ci ilin 2-ci rübündə bu rəqəm 200 milyard avro olub.