Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Portuqaliya səlahiyyətliləri Lissabon və Portuda ''qızıl'' viza proqramını ləğv etdilər

Portuqaliya səlahiyyətliləri Lissabon və Portuda ''qızıl'' viza proqramını ləğv etdilər

Tarix: 23 Dekabr 2020 08:52

Bakı. Trend:

Portuqaliya səlahiyyətliləri Lissabon və Portu şəhərlərində investisiya qarşılığında oturum izni almağa imkan verən "qızıl" viza proqramının ləğvini təsdiqlədilər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat verib.

Dəyişikliklər 1 iyul 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Bu qaydaların Portuqaliyanın bir sıra sahil bölgələrində də ləğv olunmayacağı qeyd olunur. Eyni zamanda, ölkənin mərkəzi hissəsində - Azor adaları və Madeyrada "qızıl" vizalar proqramı saxlanılacaq.

Xatırladaq ki, proqram Portuqaliya ərazisində daşınmaz əmlaka ən az 500 min avro investisiya yatıran xaricilərə oturum izni almasına imkan verir.


Etiketlər:  Portuqaliya səlahiyyətliləri Lissabon Portuda qızıl viza proqramını ləğv etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ