Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ad günü keçirən məktəb direktoru və məclis iştirakçıları cəzalandırıldı

Bakıda ad günü keçirən məktəb direktoru və məclis iştirakçıları cəzalandırıldı

Tarix: 23 Dekabr 2020 10:09

Bakı. Samir Əli - Trend:

Bakıda ad günü məclisi təşkil edən məktəb direktoru qanunvericiliyə uyğun cəzalandırılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirlir ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırmalara başlayıb.

Araşdırmaların nəticəsi olaraq N. Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.


Etiketlər:  Bakıda günü keçirən məktəb direktoru məclis iştirakçıları cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ