Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 18:44
"Valensiya" Rusiya millisinin üzvü Denis Çerışevi birdəfəlik alıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. Klub Çerışevə 80 milyon avro təzminat qiyməti qoyub.
İspaniya mətbuatı bu transfer üçün "Valensiya"nın rus oyunçunun müqaviləsi məxsus olduğu "Vilyarreal"a 5 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Çerışev ötən mövsüm icarə əsasında "Valensiya"da oynayıb. O, La Liqada 27 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.