Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov qərar imzalayıb

Əli Əsədov qərar imzalayıb

Tarix: 23 Dekabr 2020 18:50

Baş nazir Əli Əsədov "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə" qərar imzalayıb.

Sonxeber.net-ın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Qəbələ, Masallı, Ağdaş, Ağsu, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən edilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.


Etiketlər:  Əli Əsədov qərar imzalayıb


RƏYLƏR