Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan COVID-19-a qarşı vaksini gələn ilin martında alacaq

Gürcüstan COVID-19-a qarşı vaksini gələn ilin martında alacaq

Tarix: 23 Dekabr 2020 21:38

Gürcüstan koronavirusa qarşı vaksini gələn ilin martında əldə edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Yekaterina Tikaradze parlamentdəki dinləmələr zamanı məlumat verib.

O bildirib ki, Gürcüstan peyvəndin ümumi dəyərinin 25 faizini artıq ödəyib.

Onun sözlərinə görə, peyvənd əsasən Gürcüstan əhalisinin 20 faizi üçün nəzərdə tutulub.

Y.Tikaradze deyib ki, ödənilən məbləğ Gürcüstana preparatı almaqla yanaşı seçmək hüququ da verir və ölkə bu hüquqdan səmərəli şəkildə istifadə edəcək.


Etiketlər:  Gürcüstan COVID qarşı vaksini gələn ilin martında alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ