Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 09:52
25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində toksikoloji araşdırma zamanı məlum olub ki, spirt və narkotik maddə olmayıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır.
Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər. Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib.
İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq.