Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 11:58
ABŞ Prezidenti Donald Tramp Rusiya istintaqı çərçivəsində mühakimə olunan şəxslər də daxil olmaqla 26 nəfər barəsində yenidən əfv fərmanı imzalayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Trampın bağışladığı şəxslər siyahısında 2016-cı il seçkilərində təşviqat müşaviri vəzifəsini icra edən Pol Manafort və Rocer Stoun da var.
Bundan əlavə, Tramp kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşneri də əfv edib. Çarlz Kuşner 2005-ci ildə seçki kampaniyasına qanunsuz ianələr, vergidən yayınma və şahidləri saxtalaşdırmaqda günahlandırılaraq həbs edilmiş 2006-cı ilin avqustunda isə azadlığa buraxılmışdı.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp 20 nəfər məhkum barədə əfv qərarını imzalamışdı