Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 12:52
Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı toqquşma baş verib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hökumət maşınları etirazçıların üzərinə hərəkət edib. Etirazçılar maşınlara qartopu atıb.
Aksiya zamanı saxlananların olduğu deyilir. Polislər aksiya iştirakçılarının qarşısını zor tətbiq etməklə alır.
Müxalifət nümayəndələri aksiyanın gün ərzində davam edəcəyini deyib.