Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 13:09
Ürəklə, cəsarətlə vətən müharibəsinə yollandı. Xocalı sakini Təbriz Əlizadənin daxilindəki qisas hissi onu daha da irəli getməyə sövq edirdi. O, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İgidin evinə dönməsi coşqu ilə qarşılanıb.
Böyükdən kiçiyə hərkəs əllərində bayraq Təbriz Əlizadəni qarşılamağa çıxıb. Doğmlarının sevinci isə hədsiz olub.
44 günlük Vətən müharibəsinin iştirakaçılarından biri də Goranboyun Meşəli kəndində məskunlaşan Xocalı sakini Təbriz Əlizadədir. O, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Qazinin müalicədən sonra evinə dönməsi Meşəli kəndində böyük coşğu ilə qarşılanıb.
Qeyd edək ki, Vətən müharibəsində iştirak edən 27 yaşlı Təbriz Əlizadə ölkə başçısının sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.