Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada Yeni il bayramında karantin sərtləşdirilir

İtaliyada Yeni il bayramında karantin sərtləşdirilir

Tarix: 24 Dekabr 2020 14:04

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyada koronavirus pandemiyası ilə əlqədar Milad və Yeni il bayramı müddətində karantin rejimi sərtləşdirilir.

Trend-in məlumatına görə, qərara əsasən, dekabrın 24-dən yanvarın 6-dək, iki həftə müddətində bütün ölkə ərazisində sakinlərin hərəkəti məhdudlaşdırılır.

Məhdudiyyət həm şəhərlərarası, həm də şəhər daxilində hərəkətlərə şamil edilir. Bu müddət ərzində sakinlərə yalnız mağazalara getməyə, ev heyvanlarını gəzdirməyə və tək idman etməyə icazə veriləcək.

Qeyd edək ki, bu günədək İtaliyada koronavirusa yoluxanların sayı 2 milyona çatıb. 70 mindən çox şəxs həyatını itirib.


Etiketlər:  İtaliyada Yeni bayramında karantin sərtləşdirilir


RƏYLƏR