Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 16:18
Bakı. Ayşəm Rüstəmova - Trend:
Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır.
Trend-in məlumatına görə, bunu Fransanın dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal Bakıda keçirilən "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda II Beynəlxalq konfransda deyib.
O qeyd edib: "Biz dinlərarası dialoqdan danışırıq, lakin ziddiyyətli məsələləri müşahidə edirik. Yeni Zelandiyada və Şri-Lankada insanlar hücuma məruz qalırlar. Əgər dinlərarası dialoq belədirsə, deməli, biz çox mürəkkəb vəziyyətə gəlib çatmışıq. Təbii, dünyada elə bir ölkə yoxdur ki, bu cür hadisələrdən sığortalansın".
J.Paskalın fikrincə, zorakılıqla din zorakılıq arasında fərq qoyulmalıdır. Dinlər bu məsələdə günahsızdır: "Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır. Biz elə etməliyik ki, gənclər dinin bundan ibarət olduğunu düşünməsin. Biz yollar axtarmalıyıq. Bizim cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif etnik mənsubiyyətlərdən ibarətdir. Biz bu fərqləri problem kimi yox, zənginliyin nümunəsi kimi görməliyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin