Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda etirazçılar Baş Prokurorluğun önünə toplaşıblar

Ermənistanda etirazçılar Baş Prokurorluğun önünə toplaşıblar

Tarix: 24 Dekabr 2020 16:40

Ermənistanda bir qrup etirazçı hökumət binasının önündən Baş Prokurorluğa doğru istiqamət götürüb.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, burada aksiya keçirən etirazçılara müxalif Daşnaksütun Partiyasının funksioneri Qeqam Manukyan başçılıq edib. O çıxış edərək baş prokurorun da tezliklə məsuliyyətə cəlb olunacağını bildirib.

"Keçmiş hakimiyyət zamanından bu vəzifəni tutan baş prokuror məmnuniyyətlə indiki hakimiyyətə xidmət edir. Bu hakimiyyətə xidmət edən hər kəs cinayətkardır. Qanunsuz əməllərinə görə baş prokuror da cavab verəcək", - Manukyan bəyan edib.

O, buradan yenidən hökumət binasına önünə qayıdacaqlarını və meydanda oturaq aksiyaya başlayacaqlarını elan edib. Sona qədər gecə-gündüz Paşinyanın hakimiyyətdən getməsi üçün mübarizə aparacaqlarını açıqlayıb.


Etiketlər:  Ermənistanda etirazçılar Baş Prokurorluğun önünə toplaşıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ