Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib

Hindistanda koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib

Tarix: 24 Dekabr 2020 16:44

Hindistanda aktiv COVID-19 hallarında azalma davam edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hazırda artıq 27 gündür ölkədə gündəlik sağalma sayı yoluxma sayını üstələyib. Son sutka ərzində ölkədə 24 712 yoluxma qeydə alınıb, xəstəlikdən sağalanların sayı isə 29 791 nəfər olub.

Qeyd olunub ki, son 11 gündə ölkədə gündəlik yoluxma halı 30 mindən aşağıdır.

Nazirlikdən onu da bildiriblər ki, xəstələrin sağalma faizi yüksələrək 95,75 faizə çatıb.

Yeni sağalmaların 79,56 faizi ölkənin 10 ştatında müşahidə olunub.

Maxaraştra ştatında bir gündə 7 620 nəfər, Keralada 4 808, Qərbi Benqal ştatında isə 2 153 yeni sağalma halı qeydə alınıb.

Nazirlik yeni yoluxmaların 76,48 faizinin əsasən 10 ştatda qeydə alındığını bildirib.

Son sutkada 312 ölüm halı qeydə alınan Hindistanda son 12 gündə koronavirusdan gündəlik ölüm sayı 400-dən azdır.


Etiketlər:  Hindistanda koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ