Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 22:46
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti toplantısından sonrakı çıxışında belə deyib.
Nazir bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 18 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 33 985, ağır xəstə sayı isə 4805 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 100 712 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 935 292 nəfər sağalıb, 19 115 nəfər isə ölüb.