Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 07:30
Hindistanda hava çirkliliyi ötən il 1,67 milyon insanın ölümünə səbəb olub.
Sonxeber.net xəbər verir ki, ölkənin Tibbi Araşdırmalar Şurası, İctimai Səhiyyə Fondu və Boston Kolleci Səhiyyə və Kirliliyə Qarşı Qlobal Müşahidə Şurasının birgə araşdırmasının nəticələri bu istiqamətdədir.
Yekun sənədə əsasən, atmosferin çirkliliyi 36,8 milyard dollar maddi ziyan vurub.
Hindistanda ötən il qeydə alınan ölümlərin 17,8%-i məhz bu faktdan doğub. Maddi ziyan isə ölkənin ümumi daxili məhsulunun 1,36%-nə bərabərdir.
Çirkliliyə yol açan zərərli hissəciklərin səbəb olduğu xəstəlik və ölümlərin ölkənin səhiyyə sisteminə vurduğu ziyan isə 12 milyard dollardır.
Bu fakt ölkə iqtisadiyyatının 2024-cü ildə 5 trilyon dollara çatmasına əngəl olacaq.
Mütəxəssislər bildirir ki, havanın çirkliliyi uşaqların IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Qeyd edək ki, dünyanın ən çirkli havasına sahib 30 şəhərdən 21-i Hindistanda yerləşir. (publika.az)