Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 07:56
Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Koç İnstitutunun rəhbəri Lotar Viler yeni növ koronavirus ştammının yaranması səbəbilə önümüzdəki həftələrin çətin olacağı barədə xəbərdarlıq edib.
Sonxeber.net xəbər verir ki, alim ölüm və yoluxmaların sayını azaltmaq üçün təmasları minimuma endirməyə çağırıb.
"Həqiqətən bizi çətin həftələr gözləyir. Vəziyyət daha da pisləşir, ölüm halları artmaqdadır. Xəstəxanalar, həkimlər və digər səhiyyə işçiləri durmadan çalışır. COVID-19 xəstələri daha çox xəstəxanalarda müalicə olunduğu üçün normal şöbələrdə boş çarpayı sayı da azalıb.
Sərtləşdirilmiş tədbirlər bir həftədir davam edir. Yeni yoluxmaların, ciddi xəstəliklərin və ölüm hallarının azalması çox güman ki, həftələr çəkəcək. Odur ki, Yeni ildə səyahət etməməyə və evdə qalmağa çalışın", - o, yekunda bildirib. (publika.az)