Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadəsi qaydasında dəyişiklik edilib - FƏRMAN

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadəsi qaydasında dəyişiklik edilib - FƏRMAN

Tarix: 25 Dekabr 2020 11:33

Prezident İlham Əliyev "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 239) ilə təsdiq edilmiş "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bəndə "hesabı" sözündən sonra, "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları" sözləri əlavə edilsin;

1.2. 2.4-cü bənddə "2020" rəqəmləri "2021" rəqəmləri ilə əvəz edilsin;

1.3. 2.5-ci bənddə "hesabında" sözü "və bank hesablarında" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Etiketlər:  Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması idarə olunması ondan istifadəsi qaydasında dəyişiklik edilib FƏRMAN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ