Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp onu həbsdən azad etdi

Tramp onu həbsdən azad etdi

Tarix: 18 Oktyabr 2025 17:27

ABŞ Prezidenti Donald Tramp keçmiş respublikaçı konqresmen Corc Santosun həbsdən azad edilməsi haqqında fərman imzalayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında yazıb.

"Corc Santos bir növ "əclaf" idi, lakin ölkəmizdə yeddi il həbs cəzası çəkməyə məcbur edilməyən kifayət qədər əclaf var", - deyə Tramp bildirib.

Xatırladaq ki, Santos 2022-ci ilin payızında Nümayəndələr Palatasına seçilmişdi.

O, seçkiqabağı kampaniyanın büdcəsinin vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə 2025-ci ilin aprelində yeddi il müddətinə azadlıqdan məhrum edilmişdi. /Oxu.Az


Etiketlər:  Tramp həbsdən azad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ