Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 11:36
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən Fondun fəaliyyət müddəti 2021-ci il dekabrın 31-dək uzadılır.
Eyni zamanda fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları açılacaq.
Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında və bank hesablarında qalan xərclənməmiş vəsait tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsi işlərinin maliyyələşdirilməsinə yönəldiləcək və ya dövlət büdcəsinə qaytarılacaq.