Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 12:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində büroların yaradılması üçün iş aparılır və artıq buna görə müraciət edilib.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
Onun sözlərinə görə, indiki halda büroların yaradılması mümkün deyil: “Çünki ərazilər minalıdır, təhlükəsizlik təmin edilməyib. Buna görə indi yalnız çəkiliş aparmaqla kifayətlənirik. Nə zaman icazə verilsə, ilk yerdə AzTV-nin müxbirini görəcəksiniz”.
R.Məmmədov qeyd edib ki, hərbi jurnalistikanın inkişaf etdirilməsi də əsas məqsədlərdəndir.