Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 12:08
Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsagulyana qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb.
Sonxeber.net erməni KİV-lərinə istinadən bildirir ki, İsagulyan əslində "Nikolu kim vursa, milli qəhrəman adına layiq görülməli və ya bir milyon dollar mükafat olaraq verilməli" ifadəsinə görə həbs edilib.
Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən kütləvi etiraz aksiyaları 9 noyabrda imzalana üçtərəfli bəyanatdan sonra başlayıb. Məlumatda qeyd edilir ki, sənəddə erməni tərəfinin Bakının xeyrinə ərazi güzəştləri nəzərdə tutulur.
Müxalifət hökumət rəhbərini xəyanətdə günahlandırır və istefasını tələb edir.
Paşinyan özü isə xalq qarşısında təmiz olduğunu bildirdi. (publika.az)