Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suqovuşanın daha bir fatehindən 13 yaşlı oğluna sonuncu zəng - Ürəkdağlayan sözlər - VİDEO

Suqovuşanın daha bir fatehindən 13 yaşlı oğluna sonuncu zəng - Ürəkdağlayan sözlər - VİDEO

Tarix: 25 Dekabr 2020 12:10

İşğaldan azad olunan ərazilərimizin adları hər dəfə açıqlananda böyük həyəcanla nəfəsimizi tuturduq. İlk zəfərlərdən birini də Suqovuşanla yaşadıq. Ali Baş Komandanımız Madagizin azad olunduğunu elan edəndən qısa zaman sonra onun tarixi adını da qaytarmaqla sevincimizə sevinc qatdı. Çoxu Suqovuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizi fatehlər adlandırır. İndi sizə həmin fatehlərdən birindən- Zülfüqar Qubatovdan bəhs edəcəyik.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ad günü sentyabrın 25-ində idi qəhrəmanımızın. Son doğum günündə hamı başına yığışıb, ona arzulayıb ki, Allah uzun ömür versin. Sən demə heç 10 günlük ömrü qalmayıbmış.

İndi əynində atasının geyindiyi uniforma , gözlərində sevinc və kədəri bir araya sığdırmağı bacaran qızıdır bizim həmsöhbətimiz. Başını atasına verdiyi sözə görə nə qədər dik saxlamağa çalışsa da, amma çiyinlərindəki atasızlığlıq yükü tez-tez gözlərini yerə dikdirir Nəzrinin.

Məğrur-məğrur baxaraq deyir ki, atası çox böyük zirvədədir. O zirvəyə çatmaq böyük şücaət, cəsarət və güc- qüvvət tələb edir. Deyir ki atası hər zaman onun həyat qəhrəmanı olub, elə də qalacaq. Unudulmayacaq xatirələri o qədərdir ki. Amma sonuncu zəngi qəlbini həmişə göynədəcək.
Bu evin sonbeşiyi Ömərdir. Şəhidimiz 13 yaşlı balasına anasını və bacılarını əmanət edib, hətta halallaşıb belə ölümündən əvvəl.
 
Şəhidimizin böyük qızı Şəbnəm isə deyir ki, atasının yoxluğunu ən çox süfrə başına oturanda hiss edir.
Ağsunun Dilman kəndindən olan Zülfüqar Qubatov fəxr olunası igid idi. 1995-ci ildən Murovdağ silsiləsində 4 ilə yaxın, daha sonra uzun illər Tovuz, Şəmkirdə hərbi xidmətdə olan bölük komandiri cəsurluğu, vətən sevgisi ilə daima fərqlənirdi. Kapitanımız ehtiyata buraxılsa da torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmir, Qarabağın azad olunması üçün müharibənin başlanması əmrini həyəcanla gözləyirmiş. Bir gün sonra Vətən peşəkar tankçını döyüşlərə səsləyib. Bu xəbəri alar-almaz ön cəbhəyə tələsən kapitan heç övladlarını doyunca bağrına basa bilməyib. Ailəm Vətənə əmanət, Vətəni də mənə!- deyərək əzmlə döyüşə yollanıb. Gedən zaman isə həyat yoldaşına bir əmanət verib.
Zülfüqar Qubatov Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəsindən son istəyi Suqovuşan torpağından götürüb onun uyuduğu məzara tökmək olub. Ölümündən sonra "vətən uğrunda","Döyüşlərdə fərqləndiyinə görə " medalları ilə təltif edilib Suqovuşan fatehi.


Etiketlər:  Suqovuşanın daha fatehindən yaşlı oğluna sonuncu zəng Ürəkdağlayan sözlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ