Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın gücü komanda oyunundadır'' - Admir Teli

''Qarabağ''ın gücü komanda oyunundadır'' - Admir Teli

Tarix: 13 Iyul 2019 11:16

“Qarabağ”ın sabiq müdafiəçisi Admir Teli Albaniyanın “Panorama Sport” nəşrinə geniş müsahibə verib. Qol.az xəbər verir ki, 2009-2015-ci illərdə Ağdam klubunun formasını geyinən albaniyalı veteran futbolçu həm Tiranada Qurban Qurbanovla görüşündən danışıb, həm də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirilən “Partizani” – “Qarabağ” oyununu dəyərləndirib.

- “Partizani” – “Qarabağ” oyunu sizdə necə təəssürat oyatdı? Sizcə, hesab ədalətli oldu?

- Oyunu böyük maraqla izlədim. Düşünürəm ki, yaxşı oyun oldu. Son dəqiqələrdə hər iki komanda açıq futbol nümayiş etdirdi. Qurban Qurbanovun oyun üslubunu yaxşı bilirəm. Ona görə də matçdan əvvəl “Qarabağ”ın topa daha çox nəzarət edəcəyini təxmin etmişdim. Diər tərəfdən, “Partizani”dən daha inamlı oyun gözləyirdim. Hesab edirəm ki, komanda özünə daha çox inanmalıdır.

- Oyundan öncə Qurban Qurbanovla danışmışdınız?

- Hə, boş vaxtım olduğu üçün baş məşqçi ilə görüşüb söhbət etdim. Mənim onunla hələ də yaxşı münasibətlərim var. Bu isə normaldır. Çünki onunla 7 il birlikdə çalışmışam. Hələ də hörmətini saxlayıram.

- Yəqin ki, sizdən “Partizani” haqda soruşdu. Ona komanda haqda bilmədiyi hansısa məlumatı verdiniz?

- Açığı, Qurbanovla “Partizani” haqda danışmadım. Çünki özü də heç nə soruşmadı. Bilirsiniz, Qurban Qurbanovun əla köməkçiləri var. Onu “Partizani” ilə bağlı ətraflı məlumatlandırmışdılar. Heç Qurbanov özü də məmin ona hansısa məlumat verəcəyimi gözləmirdi.

- İlk oyundan sonra “Partizani”nin şanslarını necə dəyərləndirirsiniz?

- “Partizani”nin mərhələni keçməsi çətin görünür. Çünki “Qarabağ” Bakıda daha yaxşı oynayır. Onların ilk oyunda bir neçə ciddi itkiləri var idi. Cavab matçında iki əsas oyunçusu meydanda olacaq. Düşünürəm ki, bu amil oyunu “Partizani” üçün oyunu çətinləşdirəcək. Ancaq o demək deyil ki, “qırmızılar”ın şansı yoxdur.

- “Partizani” mərhələni keçmək üçün Bakıda nə etməlidir?

- Daha çox inanmalı və “Qarabağ”ın səhvlərindən maksimum yararlanmalıdır. Ən azı Tiranadakı kimi oynamalıdır. 90 dəqiqəmüdafiədə oturub, rəqibi meydanın özünə aid hissəsində qarşılamaq lazım deyil. Belədə işləri çox çətin olacaq.

- “Qarabağ”ın ev oyunlarında əsas üstünlüyü nədir?

- “Qarabağ” 1-2 futbolçudan asılı komanda deyil. Onların gücü komanda oyunundadır. Son illərdə qazanılan uğurlar məhz bununla bağlıdır. Ən böyük amil isə baş məşqçidir. Bütün bunlar onun işidir. Bu komandada oynayan hər bir futbolçu meydanda ancaq onun verdiyi tapşırıqları yerinə yetirir.

- “Partizani”nin nəhəng Bakı Olimpiya Stadionunda deyil, kiçiktutumlu “Dalğa Arena”da oynaması, sizcə, müsbət,yoxsa mənfi haldır?

- Məncə, bu, “Partizani”nin xeyirinədir.
 


Etiketlər:  Qarabağın gücü komanda oyunundadır Admir Teli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ