Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 22:08
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin siyasi qüvvələrini 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib.
Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində qeyd edib.
"Mən parlamenti və qeyri parlament qüvvələri 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsləhətləşmələrə dəvət edirəm. Xalqın qərarı nəticəsində baş nazir postundan getməyə hazıram. Baş nazir postundan yalnız xalqın qərarı ilə ayrılacağam", - Paşinyan yazıb.