Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2019 12:20
"Atletiko"nun hücumçusu Antuan Qrizmannın "Atletiko"ya keçidi "Real Sosyedad"a da pul qazandırıb.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, fransalı futbolçunun sabiq komandası bu transferdən 24 milyon avro gəlir götürəcək. Buna səbəb 28 yaşlı forvardın 2014-cü ilin yayında "Real Sosyedad"dan "Atletiko"ya keçidi zamanı müqaviləsində yer alan maddədir. Həmin bəndə əsasən, Madrid təmsilçisi futbolçunu başqa kluba satarsa, məbləğin 20 faizi keçmiş komandasına çatmalıdır. Bu isə o deməkdir ki, "Barselona"nın Qrizmann üçün ödəyəcəyi 120 milyon avroluq təzminatın 24 milyonu "Real Sosyedad"ın hesabına köçürüləcək.
Qeyd edək ki, Qrizmann "Atletiko"ya 30 milyon avro qarşılığında transfer olmuşdu.