Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2025 13:52
Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov MMA-da məşqçilik karyerasını nə vaxt dayandıracağını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, onun sözlərinə görə, bəzi döyüşçülər oktaqonda vuruşduğu müddətcə məşqçiliyini davam etdirəcək:
"MMA-da prioritetlərim Usman, Umar və İslamdır. Onlar karyeralarını başa çatdıranda mən də məşqçilikdən ayrılacağam".
Qeyd edək ki, Nurməhəmmədovun özü 2020-ci ilin oktyabr ayından bəri döyüşə çıxmayıb, o, sonuncu qarşılaşmasında amerikalı Castin Qeyci məğlub edib. /Oxu.Az