Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllıda ər - arvadı qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

İsmayıllıda ər - arvadı qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Tarix: 26 Dekabr 2020 14:42

Bakı. Samir Əli - Trend:

Bu il mayın 9-da İsmayıllı rayonu, Bizlan kəndi ərazisində Tapdıqov Zakir Şakir oğlu və arvadı Məmmədova Zərinə Babakamul qızının yaşadıqları evdə zorakılıq əlamətləri ilə meyitlərinin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İsmayıllı rayon prokurorluğunundan Trend-ə verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaq zamanı zərərçəkmişlərin ögey nəvəsi Qədirov Vüsal Şirvan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z.Məmmədovanı və Z.Tapdıqovu öldürərək sonuncuya məxsus odlu silahı talamasına, sonra isə həmin silahla qardaşı Şamo Qədirovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüsal Qədirov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiketlər:  İsmayıllıda arvadı qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ