Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışda COVID-dən qorunmanın ən sadə yolu- Mütəxəssis AÇIQLAYIB

Qışda COVID-dən qorunmanın ən sadə yolu- Mütəxəssis AÇIQLAYIB

Tarix: 26 Dekabr 2020 20:48

Həkimlər koronavirusdan qorunmanın ən sadə yolu haqda danışıblar.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçukov qışda olduğumuz məkanlar-binalar, ofislər, mənzillərdə havanı tez-tez dəyişmək, həmin mühiti daha çox nəm saxlamaqla koronavirusdan daha yaxşı qorunmağa nail ola biləcəyimizi açıqlayıb. Onun sözlərinə görə, havadakı patogenlərin konsentrasiyası nə qədər yüksəkdirsə, koronavirusa yoluxma riski də bir o qədər artır: "COVID-19 infeksiyası riskini azaltmaq üçün otaqların, binaların havasını tez-tez dəyişmək, qapalı mühitləri havalandırmaq lazımdır".

Mütəxəssis vurğulayıb ki, qapalı məkanlarda olan insanlar ən böyük koronavirus infeksiyası riski altındadır. İmmunoloq deyib ki, olduğumuz məkanlarda davamlı nəm təmizlik işləri aparılmalıdır. Tozlu havada, tək koronavirus deyil, başqa zərərli viruslar və s. ola bilər: "Otaqlarda, qapalı məkanlarda nəm təmizliklə yanaşı tez-tez havanı dəyişmək də çox vacibdir. Bütün bunlar virus miqdarını azaldacaq".

Mütəxəssis onu da vurğulayıb ki, ictimai nəqliyyatda virusların yayılmasının qarşısını almaq üçün filtrasiya ilə yaxşı havalandırma olmalıdır.

Bir qədər əvvəl İngiltərə alimləri soyuq mövsümdə, zəif havalandırma səbəbindən  koronavirus infeksiyasına yoluxma riskinin üçdə bir arta biləcəyinə dair xəbərdar edib, binaların havalandırılmasının vacib olduğuna dair  tövsiyə veriblər.


Etiketlər:  Qışda COVID dən qorunmanın sadə yolu Mütəxəssis AÇIQLAYIB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ